...

“Netflix”də hesab paylaşımı rəsmi olaraq bitdi

Gündəm Materials 20 İyul 2023 15:10 (UTC +04:00)
“Netflix”də hesab paylaşımı rəsmi olaraq bitdi
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Netflix” bir müddətdir ki, bəzi ölkələrdə hesab paylaşma məhdudiyyətini tətbiq edir.

Trend-in məlumatına görə, rəqəmsal platforma bu gündən etibarən Hindistan və digər ölkələrdəki abunəçilərinə şifrə paylaşma məhdudiyyətləri tətbiq etdiyini açıqlayıb.

“Netflix” hesab paylaşma məhdudiyyətinin yeni tətbiq olunacağı ölkələrdə abunəçilər üçün əlavə abunə seçimi təklif etməyəcək.

Xatırladaq ki, şirkət keçən il abunəçiləri narahat edəcək hesab paylaşma məhdudiyyətini sınaqdan keçirməyə başladı və təcrübəni 2023-cü ildə Kanada, Yeni Zelandiya, Portuqaliya, İspaniya və ABŞ da daxil olmaqla bir sıra digər ölkələri əhatə edəcək şəkildə genişləndirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti