...

Laçında usta kimi işləyəcəm - Laçın sakini

Gündəm Materials 22 İyul 2023 09:50 (UTC +04:00)
Laçında usta kimi işləyəcəm - Laçın sakini
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün çox sevinirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Laçına usta Kalam kimi qayıdıram.

Bunu Trend-ə açıqlamasında bu gün öz doğma yurd-yuvasına qayıdan Laçın sakini deyib.

Onun sözlərinə görə, Laçında usta kimi işləyəcək.

"Laçının yenidən qurulmasında əlimdən nə gəlirsə edəcəm. Bütün laçınlılara arzu edirəm ki, tezliklə doğma torpaqlarına qayıtsınlar", - deyə o, əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün - iyulun 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 22 ailə - 79 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti