Bakı. Trend:
“Android” üçün “WhatsApp”ın beta versiyasında "Parametrlər" bölməsinin interfeysi yenilənib və eyni cihazda bir neçə hesabdan istifadə etmək imkanı əlavə edilib.
Trend-in məlumatına görə, “WhatsApp”a gələn bu mühüm yenilik, istifadəçilərə eyni cihazda qeydiyyatdan keçməyə və əlavə hesabdan istifadə etməyə imkan verən multi-hesab xüsusiyyətidir.
Əvvəllər istifadəçilər “WhatsApp”ı klonlamalı və ya əlavə hesablar üçün üçüncü tərəf proqramlarını yükləməli idilər.
Hazırda istifadəçilər yalnız bir əlavə hesab əlavə edə bilərlər. Ola bilər ki, gələcəkdə hesabların sayı artırılsın. Çoxhesablı funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil.