...

İşğaldan azad edilmiş ərazilərdə radioloji və radioekoloji tədqiqatlara başlanılır

Gündəm Materials 28 Sentyabr 2023 13:25 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) oktyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə radioloji və radioekoloji tədqiqatlara başlayacaq.

Bu barədə Trend-ə İRİA-dan bildirilib.

Qeyd edək ki, ölkə ərazisində nüvə elmi və texnologiyaları üzrə sınaq təcrübələri və radioloji tədqiqatlar aparmaq fəaliyyətləri həyata keçirən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın “Radioloji və radioekoloji tədqiqatların aparılması” adlı 6.1.1 yarımbəndinin icrası üzrə məsul icraçı qurumlardan biridir.

Sözügedən yarımbəndin icrasını təmin etmək və hazırlıq məqsədilə aparılması nəzərdə tutulan sahə və laborator radioloji tədqiqatlar üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tövsiyyəedici sənədləri nəzərə alınaraq, bəzi standart əməliyyat prosedurları hazırlanıb.

Hazırlanmış standart əməliyyat prosedurları əsasında Agentlik mütəxəssisləri və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun mütəxəssisləri ilə birlikdə həmin yarımbəndin icrasında iştirak edəcək mütəxəssislər üçün sentyabrın 22-23-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində aparılacaq tədqiqatlar üzrə təqdimatlar edilmiş və təlim-məşq toplantısı keçirilib.

Təlim zamanı sözügedən yarımbəndin icrasında sahədə iştirak edəcək mütəxəssislər radioaktiv maddələrin axtarışı, aşkarlanması, identifikasiyası, nüvə materiallarının izotop tərkibinin müəyyənləşdirilməsi və digər zəruri cavab tədbirlərinin görülməsi üzrə biliklər əldə ediblər. İRİA plana uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə radioloji və radioekoloji tədqiqatlara ilk olaraq Şuşa şəhərindən başlayacaq və tədqiqat nəticələri aidiyyəti dövlət orqanlarına təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti