Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında elektron imzanın tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Bu barədə Trend-ə Muxtar Respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.
Elektron imzadan bütün vətəndaşlar, o cümlədən, dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilirlər. Belə ki, Muxtar Respublikada cari ilin yanvar-sentyabr aylarında elektron imza alanların 1.43 faizini sahibkarlar, 34.28 faizini hüquqi şəxslər, 64.05 faizini dövlət qurumları və 0.24 faizini isə vətəndaşlar təşkil edib.
Elektron imza almaq istəyən şəxslər müvafiq sənədləri Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim edə bilərlər. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu və elektron imzadan istifadə qaydaları barədə ətraflı məlumatları isə nmincom.gov.az və ya token.sima.az saytı vasitəsilə öyrənmək mümkündür.