...

“TikTok” üçün ödənişli abunə dövrü başlayır

Gündəm Materials 4 Oktyabr 2023 15:00 (UTC +04:00)
“TikTok” üçün ödənişli abunə dövrü başlayır
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“TikTok”un ödənişli abunə sistemi üzərində çalışdığı orta çıxıb.

Trend-in məlumatına görə, ilkin olaraq ABŞ-də sınaqdan keçirilən sistem istifadəçilərə reklamsız təcrübə təqdim edəcək.

Bildirilir ki, “TikTok” tətbiqinin kodlarında ödənişli abunə planı ilə bağlı mühüm tapıntılar aşkar edilib. Bu sistemin aylıq ödənişinin 4,99 dollar olacağı rəsmi şəkildə təsdiqlənib. Ödənişli planın əsas məqsədi istifadəçi fəaliyyətləri əsasında təqdim edilən fərdiləşdirilmiş reklamları silmək olacaq.

Paylaşılan ekran görüntüsünə görə, “TikTok” istifadəçilərə 2 fərqli seçim təklif etməyi planlaşdırır: Standart və Reklamsız. Buna görə, ilk növbədə reklam dəstəkli təcrübə təklif edilərkən, cihaz izləmə aktiv olduqda məlumatlarınızın 3-cü tərəflərlə paylaşılacağı bildirilir. 4.99 dollara təklif edilən ikinci planda reklamsız “TikTok” təcrübəsinə sahib ola biləcəyiniz ifadə edilir.

Bundan əlavə, “TikTok” ödənişli abunə sisteminin artıq sınaqdan keçirildiyini təsdiqləyib. Ancaq bunun hələ planlaşdırma mərhələsində olduğunu bildirilib. Yəni hələlik yekun qərar verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti