...

“YouTube”dan növbəti yenilik

Gündəm Materials 19 Oktyabr 2023 11:22 (UTC +04:00)
“YouTube”dan növbəti yenilik
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“YouTube” xəbər məzmununda əhəmiyyətli dəyişiklik etməyə hazırlaşır.

Trend-in məlumatına görə, sosial media platformalarında dezinformasiyanın artdığı bir vaxtda “YouTube” xəbər məzmununa daha da nəzarət etmək məqsədilə yeni bölmə açmaq qərarına gəlib.

Bu yeni bölmə müntəzəm videolar, qısametrajlar, podkastlar və canlı yayımları bir araya gətirəcək. Bundan əlavə, bu bölmə “YouTube” tərəfindən təsdiqlənmiş etibarlı xəbər mənbələrinin məzmununa diqqət yetirəcək.

Qeyd edək ki, “YouTube” bu yeni funksiyanı əvvəlcə mobil cihazlarda və 40 fərqli ölkədə istifadəyə verəcək. Cari xəbərlərə diqqət yetirən videolar bənövşəyi qəzet ikonası ilə işarələnəcək və bu işarəyə klikləməklə təsdiqlənmiş mənbələrdən əlavə məzmuna giriş təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti