...

Bu şirkətin süni zəka mütəxəssisi texnologiyanın məhdudlaşdırılmasına qarşıdır

Gündəm Materials 24 Oktyabr 2023 17:07 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Meta” şirkətinin süni zəka üzrə baş mütəxəssisi Yann LeCun bildirib ki, süni zəkanın hal hazırki inkişaf səviyyəsi aşağıdır və buna görə də onu tənzimləməyə ehtiyac yoxdur.

Trend-in məlumatına görə, Y.LeCun süni zəka barəsində yayılmış narahatedici fikirləri aradan qaldırmağa çalışıb və bu texnologiyanın tənzimlənməsi mövzusunda fərqli mövqeyi tutub. Mütəxəssis süni zəkanın hal hazırki məhdudlaşdırma cəhdlərini internetin ilk versiyasının nəzəri tənzimlənməsi ilə müqayisə edib. Yann LeCun-un fikrincə hal hazırda ola biləcək istənilən məhdudiyyət nəyisə öyrənmək bacarığı baxımından hətta pişikdən belə geridə qalan sistemləri əhatə edəcək.

Mütəxəssis süni zəkanın hal hazırda tənzimlənməsi ideyasını qeyri məhsuldar hesab edir. Süni zəka məsələsində Y.LeCun-un fikirləri süni zəkanın "Xaç atası" hesab edilən mütəxəssis Geoffrey Hinton-un fikirləri ilə üst-üstə düşmürlər. Bir neçə müddət bundan öncə G.Hinton bildirmişdi ki, süni zəkanın istifadəsi mövzusunda müəyyən qaydaların tərtib edilməsi mütləqdir. Geoffrey Hinton hətta bu cür qaydaların tərtib edilməsi istiqamətində dövlət liderlərinə, şirkətlərə və bu sahədə çalışan digər mütəxəssislərə çağırışlar da etmişdi.

G.Hinton-un fikrincə yaxın illərdə “ChatGPT” kimi sistemlər şüura sahib ola biləcəklər. Yann LeCun isə öz növbəsində G.Hinton-un fikirlərinə skeptik yanaşıb. Onun fikrincə insanlar süni zəkanın fantastik filmlərdə və kitablardakı kimi insanlara qarşı çıxacağı mövzusunda çox düşünürlər. Y.LeCun hesab edir ki, reallıqda müasir süni zəka modelləri planlaşdırma və əsaslandırma imkanına sahib deyillər. Bununla belə Yann LeCun etiraf edib ki, gələcəkdə bu texnologiya zəka səviyyəsinə görə insanı geridə qoya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti