...

“Netflix” gəlirlərini artırıb

Gündəm Materials 26 Oktyabr 2023 12:40 (UTC +04:00)
“Netflix” gəlirlərini artırıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Son aylarda istifadəçilərin bir-biri ilə şifrə paylaşmalarına mane olan “Netflix” reklam paketi təqdim edərək seçimlərini artırıb.

Trend-in məlumatına görə, iki mühüm amil rüblük gəlirlərə böyük təsir göstərib.

İlin üçüncü rüb hesabatlarına görə, “Netflix”in ümumi gəliri 8,54 milyard dollara çatıb və 7,8 faiz artıb. Şirkət son bir ildə ən yüksək artım tempinə çatıb. Xalis gəlir də təxminən 20 faiz artaraq 1,67 milyard dollar təşkil edib.

Şirkətin ödənişli abunəçilərinin sayı 247 milyonla ən yüksək həddə çataraq, 10,8 faiz artım əldə edilib. Ötən rüblə müqayisədə 8,76 milyon yeni abunəçi qazanılıb. Bildirilir ki, reklam abunəliyinin etibarlı olduğu ölkələrdə yeni abunəçilərin 30 faizi bu paketdən istifadə edir.

İlin dördüncü rübündə gəlirlərdə təxminən 10 faiz artım gözlənilir. İlin sonundakı xərclərin təsiri ilə xalis gəlir 950 milyon dollara qədər azalacaq, lakin illik əsasda təxminən 20 dəfə artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti