Azərbaycanın mötəbər sədrliyi altında keçirilən bu cür əhəmiyyətli tədbirə görə təşəkkür edirəm.
Trend xəbər verir ki, bunu İran Xarici İşlər nazirliyi Beynəlxalq Qadın işləri üzrə direktoru Zahra Varizi Dozein Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"İranda universitetlərdə 56 faizdən çox məhz qadlnlar fəaliyyət göstərir. Qadınlar İranda elm əsasında şirkətlərin formalaşmasında fəal iştirak edir. Startapların idarə olunmasında qadınların rolunu xüsusi qeyd etmək istərdim. Bundan əlavə rəqəmsal transformasiyanın aparıcı qüvvəsi qadınlardır. Əlavə olaraq hökümət qadın sahibkarlara kömək edir, onlara İKT-yə çıxış təmin edir”,- deyə o, əlavə edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.