...

Kolumbiya qadınları cəmiyyətdə önəmli yer tutur

Gündəm Materials 20 Noyabr 2023 15:55 (UTC +04:00)
Kolumbiya qadınları cəmiyyətdə önəmli yer tutur
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Kolumbiya qadınları cəmiyyətdə önəmli yer tutur.

Trend xəbər verir ki, bunu Kolumbiyanın Azərbaycandakı səfiri Luis Fernando Cuartas Ayala Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"İnsan ləyaqəti və bərabərhüquqluğu təşviq etməliyik. Davamlı inkişaf hədəflərinə çatmaq üçün gender bərabərliyi məsələləri həll edilməlidir. Kolumbiya feminist xarici siyasət aparmağı öhdəliyinə götürüb. Qadınların və uşaqların cəmiyyətdəki əhəmiyyətini bilirik”,- deyə o, bildirib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti