...

Kəngərli rayonunda ATS NGN texnologiyası əsasında yenidən qurulub

Gündəm Materials 24 Noyabr 2023 18:32 (UTC +04:00)
Kəngərli rayonunda ATS NGN texnologiyası əsasında yenidən qurulub
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Kəngərli rayonunun Xok kəndində NGN tipli yeni Avtomat Telefon Stansiyası quraşdırılıb.

Bu barədə Trend-ə Muxtar Respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bu layihənin həyata keçirilməsi mövcud resurslar və ehtiyatlar hesabına Nazirliyin və tabeli qurumların mütəxəssislərilə birgə həyata keçirilib. Belə ki, Nazirliyin mühəndisləri tərəfindən mövcud Karel tipli ATS üzərindəki nömrələr yeni quraşdırılan 928 nömrətutumlu yeni ATS üzərinə köçürülüb.

Bu sistem xidmətlər spektrini genişləndirməyə və müasirləşdirməyə imkan yaradacaq. Həmçinin, NGN texnologiyası vasitəsilə istifadçilər İP-TV, video telefon, İnternetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən gələcəkdə istifadə edə biləcəklər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti