Bakı. Trend:
Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitidası 5.6 olan zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidməti Mərkəzindən bildiriblər.
Qeyd edilib ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub:
"Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub".
xxx
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidməti Mərkəzindən bildiriblər.
Məlumata əsasən, Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ 5-3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 5,6 təşkil edib. Yerin 68 km dərinliyində qeydə alınan zəlzələ hiss olunub.
xxx
08:28
İkin məlumata əsasən Azərbaycan ərazisəndə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidməti Mərkəzindən bildiriblər. Zəlzələnin maqnitudası 5 təşkil edib.
Zəlzələ hiss olunub.
xxx
08:17
Bakı. Trend:
Bakıda zəlzələ baş verib.
Trend xəbər verir ki, zəlzələnin maqnitudası 5 təşkil edib.