...

ABŞ ilə İsrail arasında Rəfahla bağlı görüş onlayn formatda keçiriləcək

Gündəm Materials 1 Aprel 2024 08:18 (UTC +04:00)
ABŞ ilə İsrail arasında Rəfahla bağlı görüş onlayn formatda keçiriləcək

Bakı. Trend:

Aprelin 1-də ABŞ və İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində israillilərin planlaşdırdığı əməliyyat ilə bağlı Amerika administrasiyasının onlayn formatda alternativ təkliflərini müzakirə edəcəyi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı İsrail və Amerika rəsmilərinə istinadən xəbər verib.

Portalın mənbələrinin məlumatına əsasən, görüşdə Amerika tərəfinə prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan rəhbərlik edəcək, orada Pentaqonun, Dövlət Departamentinin və ABŞ kəşfiyyat xidmətlərinin nümayəndələri iştirak edəcək.

Danışıqlara İsrail tərəfdən strateji məsələlər üzrə nazir Ron Dermer və Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi rəhbərlik edəcək, görüşdə İsrail Müdafiə və Kəşfiyyat Nazirliyinin yüksək səviyyəli nümayəndələri də iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti