...

Qazaxda tapılan minalar Ermənistan istehsalıdır - AÇIQLAMA

Gündəm Materials 29 May 2024 12:40 (UTC +04:00)
Qazaxda tapılan minalar Ermənistan istehsalıdır - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxın işğaldan azad olunmuş kəndlərində tapılan minalar Ermənistan istehsalıdır.

Bunu Trend-ə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.

O bildirib ki, azad edilmiş kəndlərimizdə minatəmizləmə işləri aparılır.

"Digər ərazilərimiz kimi, Qazaxın dörd kəndi də minalarla çirkləndirilib. Kifayət qədər piyada əleyhinə minalar aşkarlanıb. Həmin minalar Ermənistan istehsalıdır. Proses, yəqin ki, yaxın zamanlarda yekunlaşacaq. Çünki ərazi çox da böyük deyil. Növbəti aydan etibarən Qazaxın işğaldan azad olunmuş kəndlərində monitorinqlər aparacağıq.

İşğaldan azad edilmiş digər ərazilərimizdə də minatəmizləmə işləri sürətlə aparılır. Bu işə məsul olan qurumlar işlərini görürlər. Bir neçə gün öncə Azərbaycan istehsalı olan minatəmizləmə maşınları da işlərə cəlb olunub. Bu da minatəmizləmə işlərinin sürətlənməsində kömək edəcək.

Beynəlxalq birliklərdən kömək olsa da, dəstək kifayət qədər deyil. Dəstəyin daha çox olması üçün onların qaydalarına uyğun olaraq neçə illərdir hesabatlar hazırlayırıq. Ölkəmizdə mina problemi ilə bağlı keçiriləcək beynəlxalq konfransın müsbət təsiri olacağını düşünürük", - deyə o qeyd edib.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti