Ağdam. Trend:
Birinci Qarabağ müharibəsini atası itkin düşən Rəşadə Məmmədova beynəlxalq təşkilatlara müraciət edərək, atasının taleyi ilə bağlı məlumatların əldə edilməsinin təmin olunmasını istəyib.
R.Məmmədova bu barədə Trend-ə açıqlamasında deyib.
"Mənim atam Natiq Məmmədov 1993-cü ildə Ağdam istiqamətində - Güllücə kəndində itkin düşüb. Mənim onda iki yaşım var idi. Mən çox istəyirəm ki, burada dəfn olunan şəhidlər kimi, mənim də atamın qəbri olsun. Bizim Qarabağa səfərimiz çərçivəsində Ağdam torpğında olmağım mənə çox təsirli anlar yaşatdı. Hər qarışında gözüm atamı axtardı. Mən beynəlxalq təşkilatlardan tələb edirəm ki, atamın taleyi ilə bağlı məlumatların əldə edilməsini təmin etsinlər", - deyə o bildirib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində doğmaları itkin düşmüş və hələ də onların taleləri barədə heç bir məlumatı olmayan bir qrup şəxsin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. 40 nəfərlik heyət Ağdam və Xocalı Şəhidlər xiyabanını, Xankəndi və Şuşa şəhərlərini ziyarət ediblər.