...

Barmağında üzük qalan şəxs FHN-ə müraciət etdi (VİDEO)

Gündəm Materials 27 Yanvar 2025 11:45 (UTC +04:00)
Barmağında üzük qalan şəxs FHN-ə müraciət etdi (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz şəhərində 1 nəfərin barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən vətəndaşın barmağında sıxılaraq qalmış üzüyün müvafiq vasitələrlə çıxarılması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti