...

İsrail televiziyasında Xocalı soyqırımından bəhs edilib

Gündəm Materials 4 Mart 2025 13:03 (UTC +04:00)
İsrail televiziyasında Xocalı soyqırımından bəhs edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İsraildə fəaliyyət göstərən “R-A-G Esegim – Gurevich Communications” şirkətinin icraçı direktoru, məşhur politoloq Roman Qureviç İsrailin tanınmış 9-cu kanalının xəbər buraxılışında Xocalı soyqırımı ilə bağlı geniş məlumat verib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Roman Qureviç çıxışında HƏMAS terror təşkilatının İsrailin cənubunda dinc sakinlərə hücumu, nəticədə yüzlərlə mülki insanın öldürülməsi, yaralanması və əsir götürülməsi ilə nəticələnən faciəni Xocalı soyqırımı ilə müqayisə edib. Bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xocalı şəhərinə hücum edib və misli görünməyən qəddarlıqla yüzlərlə insanı qətlə yetirib. Politoloq əlavə edib ki, hər iki ölkə çətin və ağır sınaqlardan keçib və bunlar həm, yəhudi, həm də Azərbaycan xalqının yaddaşında əbədi həkk olacaq.

Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=baEzqxx7nOE

Məqalədə:
Xəbər lenti

Xəbər lenti