Bakı. Trend:
ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Keçmişlə Gələcək Arasında Körpü” adlı II Beynəlxalq Dialoq Konfransı xarici mətbuatda geniş işıqlandırılıb.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, konfransda iştirak edən geosiyasi analitik Malik Ayub Sumbal və braziliyalı jurnalist Fabiana Ceyhanın Xocalı soyqırımı haqqında fikirlərinə yer verilib.
Fabiana Ceyhan məqalədə erməni hərbi birləşmələrinin Xocalı şəhərinə hücum etdiyini, uşaqlar da daxil olmaqla 613 dinc sakinin amansızlıqla qətlə yetirildiyini vurğulayıb. Braziliyalı jurnalist Azərbaycanın soyqırımı haqqında həqiqətləri dünya dövlətləri və beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində atdığı addımlardan və “Xocalıya Ədalət!” kampaniyasından danışıb.
Məqalədə geosiyasi analitik Malik Ayub Sumbal Xocalı soyqırımının dünya miqyasında tanınmasının vacibliyini vurğulayaraq, bu cür vəhşilikləri törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. Sumbalın “Tovuzdan Qarabağa: Cənubi Qafqazda müharibənin hərtərəfli təhlili” adlı kitabında regiondakı münaqişələrə dərindən nəzər salındığı və nəşrin nüsxələrinin panel iştirakçılarına paylanıldığı qeyd olunub.
Məqalələri ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://www.jornaltaguatingadf.com.br/2025/02/internacional-jornalista-fabiana-ceyhan.html?m=1