...

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb - DİN

Gündəm Materials 17 Mart 2025 10:09 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb - DİN
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Martın 15-də və 16-da ölkə ərazisində qeydə alınan 103 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti