...

Polis Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran şəxsi saxladı

Gündəm Materials 29 Mart 2025 11:45 (UTC +04:00)
Polis Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran şəxsi saxladı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonu ərazisində bir nəfərə məxsus “Nissan” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı X.Kərimov avtomobillə birgə saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobillə qəza törətməsi də müəyyən olunub.

Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus 2000 manat dəyərində avtomobil disklərini oğurlamaqda şübhəli bilinən 32 yaşlı V.Əliyev, 31 yaşlı E.Tağıyev və 31 yaşlı S.Ələkbərovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti