Bakı. Trend:
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 32 yaşlı E.Kərimov saxlanılıb. Onun üzərindən psixotrop maddə metamfetamin aşkarlanıb.
E.Kərimovdan əlavə olaraq 1 avtomat, 2 qumbara və 41 ədəd patron da aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.