...

Bakının bu ərazisində oğurluq edən 3 nəfər saxlanılıb

Gündəm Materials 23 İyul 2025 16:16 (UTC +04:00)
Bakının bu ərazisində oğurluq edən 3 nəfər saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Nəsimi rayonu ərazisində 2 nəfərə məxsus mobil telefon, içərisində ümumilikdə 2720 manat və qızıl-zinət əşyaları olan çantalar oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı H.Həmidli, əvvəllər məhkum olunmuşlar - 32 yaşlı H.Hüseynov və 50 yaşlı Ə.Qədimov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti