...

Türkiyə yük təyyarəsinin qəzaya uğraması faktı üzrə araşdırmalara başlanılıb - Gürcüstan DİN

Gündəm Materials 11 Noyabr 2025 16:58 (UTC +04:00)
Türkiyə yük təyyarəsinin qəzaya uğraması faktı üzrə araşdırmalara başlanılıb - Gürcüstan DİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyəyə məxsus yük təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, noyabrın 11-də Siqnaxi bələdiyyəsində, Gürcüstanın dövlət sərhədinin təqribən 5 kilometrliyində Türkiyənin yük təyyarəsi qəzaya uğrayıb.

Faktla bağlı uçuşların təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.

Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti