Bakı. Trend:
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C130 hərbi yük təyyarəsi ilə bağlı açıqlama verib.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, açıqlamada qəzadan dərhal sonra axtarış-xilasetmə işlərinin başlanıldığı bildirilib.
Burhanettin Duran hadisə ilə bağlı ictimaiyyətin düzgün məlumatlandırılması məqsədilə yalnız rəsmi qurumların açıqlamalarına diqqət yetirilməsi və təsdiqlənməmiş məlumatların paylaşılmamasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.
