...

Yevlax ərazisindən keçən qaz boru xəttində partlayış baş verib

Hadisə Materials 28 Noyabr 2007 11:22 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ötən gün gecə saatlarında Bərdə və Tərtər rayonlarına gələn təbii qaz boru xəttində partlayış baş verdiyi üçün hər iki rayona qaz verilməsi dayandırılıb. Partlayışın səbəbləri ilə bağlı açıqlama verilmir.

Bərdə rayon Qaz İstismarı İdarəsinin rəisi Ramiz Adıgözəlovun verdiyi məlumata görə, Yevlax rayonundan keçən boru xəttində hadisə baş verdiyi üçün bu gün səhər saatlarından başlayaraq həmin ərazidə təmir-bərpa işlərinə başlanılıb.

Sabah günün ikinci yarısı rayona qaz verilməsi bərpa ediləcək. Onun sözlərinə görə, şəhərin bəzi mərkəzi küçələrində təbii qaz olsa da, onun təzyiqi çox aşağıdır.

Xəbər lenti

Xəbər lenti