...

Bərdə-Ağdam avtomobil magistralında ağır YNH baş verib, ölənlər var

Hadisə Materials 27 İyun 2008 01:22 (UTC +04:00)
Bərdə-Ağdam avtomobil magistralında ağır YNH baş verib, ölənlər var

Azərbaycan, Bərdə, 26 iyun / Trend müxbir Ş.Cəliloğlu/ Bu gün 18:00 radələrində Bərdə-Ağdam avtomobil magistralında 3 nəfərin ölümü və 4 nəfərin yaralnması ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Əliyev Azər Tofiq oğlunun idarə etdiyi VAZ 21-06 markalı avtomobillə VAZ 21-07 markalı avtomobil toqquşub.

Nəticədə Rzayev Eldar və Şükürov Pəsi hadisə yerində keçiniblər. Əliyev Azər xəstəxanaya aparılarkən həyatını dəyişib. Hadisə zamanı xəsarət alanlar Niftəliyev Məhəmməd Zakir oğlu, 20 yaşlı Əhsmədov Novruz Əhməd oğlu, Rzayev Elmar və Rzayeva Şərəbanı Bərdə rayon travmatoligiya şövbəsinə yerləşdiriliblər.

Şövbənin həkimi Xiliq Məmmədovun verdiyi məlumata görə, yaralıların vəziyyəti kafidir. Yerli polisin verdiyi məlumata əsasən ilkin versiyaya görə, hadisəyə səbəb avtomobillərin yüksək sürətldə hərəkət etməsi və VAZ 21-07 avtomobilinin hərəkət zolağına çıxması olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti