...

Azərbaycan paytaxtında ev qarət edilib

Hadisə Materials 28 Avqust 2008 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında 51 yaşlı qadının evindən oğurluq edilib.

Xətai rayon Polis İdarəsindən (RPİ) cümə axşamı Trend -a verilən məlumata görə, Xətai rayonunun Telnov küsəsi, ev 3, mənzil 43 ünvanda yaşayan Nazilə Kərimova avqustun 26-da polisə müraciət edərək bildirib ki, avqustun 16-dan 25-nə qədər evdə olmadığı müddətdə naməlum şəxs onun evinə daxil olaraq oradan 10 min manat pul, 1 ədəd televizor və qızıl-zinət əşyaları oğurlayıb.

RPİ-dən bildiriblər ki, hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Xətai RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti