...

Bərdədə baş vermiş yol qəzasında Təhsil Nazirliyinin əməkdaşı həlak olub

Hadisə Materials 22 Oktyabr 2008 20:25 (UTC +04:00)

Azərbaycan, Bərdə, 22 oktyabr / Trend , müxbir Ş.Cəliloğlu/ Ötən gün axşam saatlarında Yevlax -Ağdam yolunun 19 - cu kilometrliyində ağır yol- nəqliyyat hadisəsi baş verib. İsmayılzadə Xəyyam Fərman oğluna məxsus 10 - UB - 406 dövlət nömrə nişanlı VAZ -2107 markalı avtomobil MTZ - 80 markalı traktorun qoşqusunun altına girib. Hadisə zamanı bir nəfər xəsarət alıb, bir nəfər həlak olub. Təhsil Nazirliyinin əməkdaşı, Bakı şəhər sakini 62 yaşlı Babayev Azad Arif oğlu Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İsmayılzadə Xəyyam Bərdə rayon Mərkəzi Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. İlkin versiya kimi, hadisəyə səbəb VAZ - 2107 markalı avtomobilin nəzərdə tutulmuş sürət həddini aşması və traktorun qoşqusunda işıq sisteminin olmaması göstərilir. Faktla əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu araşdırma aparır.

Bərdə paytaxt Bakıdan 330 kilometr cənub - qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti