...

Azərbaycanda Qazıməmməd-Qazax magistral kəmərində qaz sızması nəticəsində baş verə biləcək təhlükənin qarşısı alınıb

Hadisə Materials 25 Oktyabr 2008 13:50 (UTC +04:00)

Azərbaycan, Qazax, 25 oktyabr / Trend , müxbir T.Zaur / Azərbaycanın qərb bölgəsindəki Qazıməmməd-Qazax magistral kəmərində qaz sızması nəticəsində baş verə biləcək təhlükənin qarşısı alınıb.

Qazax Magistral Qaz Kəmərləri İdarəsinin rəisi Əhməd Pənahovun şənbə günü Trend -a verdiyi məlumata görə, oktyabrın 24-də saat 19:00 radələrində Ağstafa rayonunun Köçəsgər kəndi yaxınlığında Qazıməmməd-Qazax mağistral kəmərinin 360 kilometrliyində diametri min millimetr olan boruda qaz sızması kənd sakinləri tərəfindən aşkar edilib.

İdarə rəisinin sözlərinə görə, artıq həyata keçirilən tədbirlər nəticəsində təhlükənin qarşısı alınıb. Sabah hadisə ilə bağlı kəmərdə aparılan təmir işləri ilə əlaqədar Ağstafa və Tovuz şəhərlərinə qaz verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti