...

Azərbaycan paytaxtında üç nəfər dəm qazından ölüb

Hadisə Materials 2 Yanvar 2009 14:09 (UTC +04:00)

Азярбайъан, Bakı, 02 yanvar / Trend /  Azərbaycan paytaxtında üç nəfər dəm qazından zəhərlənərək ölüb, - cümə günü Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend -a məlumat verilib.

Yanvarın 1- də  saat 10.00 radələrində Abşeron rayonu Xırdalan şəhərinin M.Ə.Rəsulzadə küçəsi, 23  ünvanında yaşayan Rabil İsgəndərov və qohumu Rauf Məmmədov dəm qazından boğulub ölüblər.

Həmin gün saat 18.40 radələrində Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən  "Nigar" kiçik müəssisəsində də eyni səbəbdən ölümlə nəticələnən hadisə baş verib --  müəssisənin gözətçisi, Bakı şəhər sakini Sergey Jidraşin dəm qazından zəhərlənərək ölüb.  

Мягаля мцяллифи иля ялагя цнваны: [email protected]

Xəbər lenti

Xəbər lenti