...

Moskvada Azərbaycan vətəndaşının meyiti tapılıb

Hadisə Materials 21 Sentyabr 2009 11:47 (UTC +04:00)

Ötən gün paytaxt ərazisində Azərbaycan və Ukrayna vətəndaşının meyiti tapılıb. Hər iki cəsəddə bıçaq yaraları aşkar edilib, İnterfaksa bazar ertəsi şəhərin hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

"Bazar günü səhər Moskvanın şimal-qərbində Ximkin bulvarında yaşayış evinin birinci mərtəbəsində qarın, sinə və qol nahiyəsində doqquz deşik-kəsik yaraları ilə 48 yaşlı işsiz Ukrayna vətəndaşının cəsədi tapılıb. Həmçinin bazar günü axşam Zelenoqradda 39 yaşlı azərbaycanlının meyiti tapılıb", - agentliyin həmsöhbəti deyib. O həmçinin qeyd edib ki, hər iki hadisə barədə cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti