...

Bakıda ötən gecə ər arvadının başını kəsib

Hadisə Materials 20 Dekabr 2010 10:16 (UTC +04:00)
Binəqədi rayon prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, rayon sakini, 29 yaşlı Elvin Rəsulov həyat yoldaşı Vüsalə Rəsulovanın boğazını kəsib.
Bakıda ötən gecə ər arvadının başını kəsib

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ötən gecə ər arvadının başını kəsib.

Binəqədi rayon prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, rayon sakini, 29 yaşlı Elvin Rəsulov həyat yoldaşı Vüsalə Rəsulovanın boğazını kəsib.

Rəsulova aldığı xəsarətdən təcili yardım xəstəxanasında dünyasını dəyişib. Qətlin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Hadisəni törədən Rəsulov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti