...

Gəncədə diplom satan şəxslər saxlanılıblar

Hadisə Materials 15 Aprel 2011 14:27 (UTC +04:00)
Gəncədə diplom satan şəxslər saxlanılıblar
Gəncədə diplom satan şəxslər saxlanılıblar

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Gəncədə diplom satan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Rafiq Xudaquliyev və Bakı şəhər sakini Zahid Həsənov əlbir olaraq Günel Məmmədovanın adına tərtib edilmiş Gəncə Baza İnşaat Texnikumunun diplomunu 5000 dollara satdıqlarına görə saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti