...

Azərbaycanda bomba qoyulması barədə yalan məlumat verən şəxs müəyyən edilib

Hadisə Materials 20 Aprel 2011 11:34 (UTC +04:00)
Azərbaycanda bomba qoyulması barədə yalan məlumat verən şəxs müəyyən edilib.
Azərbaycanda bomba qoyulması barədə yalan məlumat verən şəxs müəyyən edilib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bomba qoyulması barədə yalan məlumat verən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib ki, aprelin 19-da saat 16:25 radələrində naməlum şəxs FHN-nin "112" xidmətinə zəng edib, "bura bomba qoyulub" deyərək dəstəyi asıb. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, dərhal əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb.

Aparılmış araşdırma nəticəsində yalan məlumat verənin Sabirabad rayonunun Zəngənə kənd sakini, 15 yaşlı şəxs olduğu müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti