...

Bakı-Quba yolunda daha bir ağır yol qəzası: ölən və yaralananlar var

Hadisə Materials 25 Aprel 2011 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Quba yolunda iki nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 25-də saat 01:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 89-cu kilometrliyində Xaçmaz şəhər sakini 1967-ci il təvəllüdlü Məmmədov Tanrıverdi Ərşad oğlu idarə etdiyi "Mersedes" markalı 90-EE-102 dövlət qeydiyyat nişanlı avtomobili yolayıran dəmir çəpərə çırpıb.

Nəticədə sürücü və onun həyat yoldaşı 36 yaşlı Məmmədova Vəfa Dadaş qızı xəsarət alıb, avtomobildə olan digər sərnişinlər 35 yaşlı Siyəzən şəhər sakini Məmmədov Xəyyam Ərşad oğlu və onun həyat yoldaşı 35 yaşlı Məmmədova Ülviyyə Vaqif qızı hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti