...

Bakıda gənclər arasında internetdə başlayan mübahisə ölümlə nəticələnib

Hadisə Materials 2 May 2011 11:15 (UTC +04:00)
Bakıda gənclər arasında internetdə başlayan mübahisə ölümlə nəticələnib.
Bakıda gənclər arasında internetdə başlayan mübahisə ölümlə nəticələnib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda gənclər arasında internetdə başlayan mübahisə ölümlə nəticələnib.

Nəsimi rayon prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, aprelin 30-da "İSR Plaza"nın yaxınlığında, Ə.Topçubaşov küçəsi, 341 saylı məhəllədə yeni inşa olunan yaşayış binasının qarşısındakı maşın yolunda gənclər arasında dava baş verib. Bakı şəhər sakini, 24 yaşlı Rüfət Fiqarov 17 yaşlı Novruz Cəfərovu ürəyindən bıçaqlayıb.

Prokurorluqdan bildirilib ki, Fiqarovla Cəfərov arasında bir müddət əvvəl internetdə yazışma olub və bundan sonra onlar görüşmək qərarına gəliblər.

Cəfərov Fiqarovla görüşmək üçün bir neçə yoldaşı ilə birgə həmin ünvana gəlib.

Onlar arasında baş verən mübahisə və dava zamanı Fiqarov Cəfərovu bıçaqlayıb.

Cəfərov aldığı bıçaq yarasından xəstəxanada keçinib.

Fiqarov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluqdan bildirilib ki, hadisə zamanı daha 2 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti