...

Azərbaycan Daxili İşlər Nazirliyi Hacıqabulda baş vermiş partlayışla bağlı məlumat yayıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 2 May 2011 14:15 (UTC +04:00)
Azərbaycanın Daxili İşlər Nazirliyi Hacıqabul rayonunda yeraltı qaz anbarında baş vermiş partlayışla bağlı açıqlama yayıb.
Azərbaycan Daxili İşlər Nazirliyi Hacıqabulda baş vermiş partlayışla bağlı məlumat yayıb (ƏLAVƏ OLUNUB)

4-cü abzasdan sonra ARDNŞ-nin məlumatı əlavə olunub (ilk xəbər saat 13:58-də yayılıb)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Daxili İşlər Nazirliyi Hacıqabul rayonunda yeraltı qaz anbarında baş vermiş partlayışla bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 1-də saat 13:45 radələrində Haсıqabul rayonunun Atbulaq kəndi ərazisindəki "Qalmaz" yeraltı qaz anbarında qaynaq işləri aparılarkən partlayış baş verib.

Nəticədə orada işləyənlərdən Adil Bəşirov ölüb, Anar Tərlanov, Vaqif Şəfiyev və Babək Qayıbov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Hadisə ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) də rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, mayın 1-də günorta saatlarında ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin Yeraltı Qaz Anbarları İdarəsinin Qalmaz sahəsində qəza baş verib.

"Qalmaz" yeraltı qazsaxlama anbarında aparılan genişləndirmə işləri çərçivəsində köhnə işlək seperatorlar yenisi ilə əvəz edilərək ləğvetmə işləri aparılarkən separator qurğusunun daxili konstruksiyasında olan nasazlıqdan partlayış baş verib.

Hadisə nəticəsində bu sahədə çalışan "Neftqaztikinti" trestinin 5 saylı İnşaat-quraşdırma İdarəsinin briqadiri Arif Bəşirov həlak olub, həmin idarənin quraşdırıcısı Vaqif Şəfiyev isə yaralanıb.

Hadisənin başvermə səbəblərinin araşdırılması məqsədi ilə komissiya təşkil edilib, təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti