...

Bakıda qeydə alınan ağır yol qəzalarından görüntülər (VİDEO)

Hadisə Materials 13 May 2011 10:57 (UTC +04:00)
Azərbaycanda ötən il yol qəzalarında 925 nəfər həlak olub, 2871 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bakıda qeydə alınan ağır yol qəzalarından görüntülər (VİDEO)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il yol qəzalarında 925 nəfər həlak olub, 2871 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov isə Trend-ə bildirib ki, ötən il respublikada qeydə alınan 2721 yol-nəqliyyat hadisəsinin 1119-u Bakıda qeydə alınıb.

Bakıda yol qəzalarında 342 nəfər həlak olub, 1115 nəfər yaralanıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 93,1 faizi (2534) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 42,3 faizi (1150) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,6 faizi (642) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 7,4 faizi (203) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4 faizi (65) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Qəzaların 39,8 faizini (1084) piyadaların vurulması təşkil edib, nəticədə 333 piyada həlak olub, 837-si yaralanıb. 99 hadisə piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib.

Respublika üzrə qeydə alınmış qəzalar nəticəsində 76 nəfər uşaq və yeniyetmə həlak olub, 270 nəfər yaralanıb.

Bu ilin birinci rübündə respublikada 697 yol qəzası qeydə alınıb. Qəzalarda 204 nəfər həlak olub, 730 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəzaların 306-sı piyadaların vurulması olub. Nəticədə 95 piyada ölüb, 226-sı yaralanıb. Respublika üzrə qeydə alınan qəzaların yarısı Bakının payına düşüb.

VİDEO: Bakıda qeydə alınan yol qəzaları

Get the Flash Player to see this player.

Xəbər lenti

Xəbər lenti