...

Bakıda "Azercell" əməkdaşlarına silahlı basqın edənlərdən biri saxlanılıb

Hadisə Materials 26 İyul 2011 13:47 (UTC +04:00)
Bakıda "Azercell" əməkdaşlarına silahlı basqın edənlərdən biri saxlanılıb.
Bakıda "Azercell" əməkdaşlarına silahlı basqın edənlərdən biri saxlanılıb

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda "Azercell" əməkdaşlarına silahlı basqın edənlərdən biri saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakini Nicat Məmmədov tutulub, Gəncə şəhər sakini Aslan Mahmudov və Göygöl rayon sakini Uğrun Məmmədov isə müəyyən ediliblər.

İyulun 8-də "Azercell"in rəsmi distribüterləri Namiq Hüseynov və Bayram Bayramov şirkətin Nərimanov rayonundakı ofisindən çıxaraq özlərinə məxsus "VAZ-2107" markalı avtomobillə Atatürk prospekti ilə hərəkət ediblər.

Avtomobil işıqforda dayanarkən naməlum sürücünün idarə etdiyi ağ rəngli "VAZ 2107" markalı maşından düşən 3 nəfər şəxs onlara silahlı hücum edib.

Həmin şəxslərdən biri Hüseynova bıçaq xəsarəti yetirib. Bayramovun isə üzünə qaz vuraraq avtomobildəki 34 min manat pulu aparıblar.
Pul "Azərcell"ə məxsus olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin quldurluq (181) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti