...

Gəncədə 17 yaşlı gənc qətlə yetirilib

Hadisə Materials 27 Avqust 2011 09:46 (UTC +04:00)
Gəncədə 17 yaşlı gənc naməlum şəxslər tərəfindən qətlə yetirilib

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Gəncədə 17 yaşlı gənc naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Gəncə şəhər prokuroluğundan Trend-ə verilən məlumata görə, 1994-cü il təvəllüdlü Məşdi Musayev naməlum şəxslərlə aralarında yaranmış mübahisə zəminində bıçaqlanıb.
Musayev xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı şəhər prokurluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyənləşdirlməsi və tutlması üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti