...

Yeni dərs ilinin ilk günündə Bakıda böyük tıxaclar yaranıb

Hadisə Materials 15 Sentyabr 2011 10:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Yeni dərs ilinin ilk günündə Bakıda bir neçə istiqamətdə yollarda böyük tıxaclar yaranıb. Trend-in əməkdaşlarının yerlərdən verdiyi məlumata görə, səhər saat 08:00-dan başlayaraq Ayna Sultanova heykəlinin yaxınlığından "Gənclik" metrosu, 3-cü mikrorayon dairəsi yaxınlığı, Cavanşir körpüsündən (keçmiş Qaqarin) Azneft meydanı istiqamətinə, "İçərişəhər" metro stansiyası ətrafında tıxaclar yaranıb.

Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə işləyəcəyini bəyan etsə də, tıxac yaranan ərazilərdə nəqliyyatın hərəkətini tənzimləyən yol patrul xidməti əməkdaşlarına rast gəlinməyib.

İdarənin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, müəyyən istiqamətlərdə tıxaclar yaransa da, yol polisi hərəkəti tənzimləməyə çalışır.

O bildirib ki, polis paytaxt ərazisindəki məktəblərin qarşısında fəaliyyətini gücləndirib.

Əsədov tıxacları şəxsi avtomobillərdən çox istifadə olunması və sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi ilə əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti