...

Azərbaycanın İranla sərhədini pozan şəxs aldığı güllə yarasından ölüb

Hadisə Materials 20 Oktyabr 2011 12:39 (UTC +04:00)
Azərbaycanın İranla sərhədini pozduğu üçün sərhədçilər tərəfindən açılan atəş nəticəsində yaralanan şəxs aldığı xəsarətdən dünyasını dəyişib.
Azərbaycanın İranla sərhədini pozan şəxs aldığı güllə yarasından ölüb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın İranla sərhədini pozduğu üçün sərhədçilər tərəfindən açılan atəş nəticəsində yaralanan şəxs aldığı xəsarətdən dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, sərhəd pozucusu xəstəxanaya aparılarkən ölüb.

Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata görə, oktyabrın 19-u saat 14:00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin pozulması müşahidə edilib.

Bunun qarşısının alınması məqsədi ilə əraziyə əlavə sərhəd naryadları çıxarılıb və axtarış təşkil olunub. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina edərək sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub.

Açılmış atəş nəticəsində sərhəd pozucusu yaralanıb.

Baş vermiş hadisə barəsində İran tərəfi dərhal məlumatlandırılıb.

Ölüm faktı ilə bağlı DSX-dən rəsmi məlumat almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti