...

Dağıstanda tikinti şirkətinin direktoru oğurlanıb

Hadisə Materials 23 Oktyabr 2011 10:48 (UTC +04:00)
Dağıstanda böyük tikinti şirkərlərindən birinin direktoru naməlum şəxslər tərəfindən qaçırılıb
Dağıstanda tikinti şirkətinin direktoru oğurlanıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Dağıstanda böyük tikinti şirkərlərindən birinin direktoru naməlum şəxslər tərəfindən qaçırılıb. Onu qaçıranlardan birinin Yol Patrul Xidməti (YPX) əməkdaşının xidməti geyim formasında olduğu bildirilir. Bu barədə "RİA Novosti"yə yerli hüquq-mühafizə orqanlarındakı mənbə məlumt verib.

Mənbənin sözlərinə görə, hadisə Mahaçqala-Kaspiysk avtoyolunda baş verib.

Dağıstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat verir ki, şənbə günü saat 18:45-də Mahaçqala-Kaspiysk avtoyolunun 2-ci kilometrliyində, ipodrom ərazisində iki nəfər naməlum şəxs 1950-ci il təvəllüdlü vətəndaşı əyləşdiyi Range Rover avtomobilindən zorla çıxararaq qara rəngli, VAZ-2114 markalı avtomobilə oturdublar və naməlum istiqamətdə hərəkət ediblər. Həmin şəxsləridən biri YPX əməkdaşının geyim formasında olub və onda markası məlum olmayan odlu silah olub. Digər şəxs isə qara geyimdə və maskada olub.

Range Rover avtomobilində səkkiz ədəd əl və barmaq izləri aşkarlanıb. Hazırda cinayətkarların axtarışı həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti