Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Gəncədə ağır yol qəzası olub, 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən cümə günü verdiyi məlumata görə, oktyabrın 27-də saat 19:30 radələrində Gəncə şəhəri ərazisində Kənan Məmmədovun idarə etdiyi "Hyundai-Accent" markalı və Goranboy rayon sakini Elnur Qasımovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.
Nəticədə "Jiquli"nin sürücüsü hadisə yerində ölüb, xəsarət almış digər sürücü və 4 sərnişin isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
Gəncədə ağır yol qəzası olub, 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb