Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Ötən gecə Bakının Binəqədi rayonunda 45 yaşlı qadın bıçaqlanıb.
Binəqədi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi qəsəbəsi 2-ci mədən, korpus 93, mənzil 66-da yaşayan 45 yaşlı Zabitə Həsənova mənzilində naməlum şəraitdə bıçaq xəsarəti alıb.
Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun üzərində cərrahi əməliyyat aparılıb və qadının həyatı xilas olunub.
İlkin məlumata görə, qadın özü-özünə bıçaq xəsarəti yetirib.
Hadisənin hansı şəraitdə, kim tərəfindən törədildiyi polis tərəfindən araşdırılır.