...

İranda hərbi təyyarə qəzaya uğrayıb

Hadisə Materials 26 Yanvar 2012 14:14 (UTC +04:00)
Bu gün səhər yerli vaxtla saat 04:30 radələrində İranın Şiraz şəhəri yaxınlığında F-14 tipli hərbi təyyarə qəzaya uğrayıb.
İranda hərbi təyyarə qəzaya uğrayıb

Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir T.Cəfərov/

Bu gün səhər yerli vaxtla saat 04:30 radələrində İranın Şiraz şəhəri yaxınlığında F-14 tipli hərbi təyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Məlumata əsasən, F-14 tipli hərbi təyyarə Buşəhrin altı saylı hərbi bazasından uçduqdan 3 dəqiqə sonra Kəravənd kəndi yaxınlığında qəzaya uğrayıb.

Buşəhr əyalətinin başçısı Məhəmmədhüseyn Cahanbəxş FARS agentliyinə müsahibəsində F-14 tipli təyyarənin qəzaya uğraması faktını təsdiqləyib və deyib ki, hazırda təyyarənin qalıqları və pilotların axtarışı istiqamətində araşdırmalar aparılır.

Hələlik hadisənin başvermə səbəbi məlum deyil.

Qəza zamanı təyyarənin pilotu və onun köməkçisi həlak olub.

Xəbər lenti

Xəbər lenti