...

Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə Materials 26 Yanvar 2012 19:05 (UTC +04:00)
Mingəçevir şəhərində "Ford" və "VAZ" markalı iki minik avtomobili toqquşub.
Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Mingəçevir şəhərində "Ford" və "VAZ" markalı iki minik avtomobili toqquşub.

Trend-in cümə axşamı FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, nəticədə hər iki nəqliyyat vasitəsi zədələnib, "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb. Yaralı xilasedicilərin köməkliyi ilə nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 13:29-da hadisə yerində müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi ilə başa çatıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti