...

Azərbaycanın İranla sərhəd ərazisində avtomobildən 8 kiloqrama yaxın narkotik vasitə götürülüb

Hadisə Materials 1 Fevral 2012 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın İranla sərhəd ərazisində avtomobildən 8 kiloqrama yaxın narkotik vasitə aşkar edilib.

Trend-in çərşənbə günü Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Elman Qurbanova məxsus "VAZ-2106" markalı avtomaşına baxış keçirilib.

Avtomobildən 5 kiloqram 159 qram heroin, 1 kiloqram 825 qram həşiş və 924 qram tiryək aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti