...

Bakıda "yol qurbanları" (VİDEO)

Hadisə Materials 6 Fevral 2012 11:10 (UTC +04:00)
Ötən il Bakıda qeydə alınan 1102 yol qəzası zamanı 334 nəfər ölüb, 1108 nəfər xəsarət alıb.
Bakıda "yol qurbanları" (VİDEO)

Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir K.Zərbalıyeva/

Ötən il Bakıda qeydə alınan 1102 yol qəzası zamanı 334 nəfər ölüb, 1108 nəfər xəsarət alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, qeydə alınan qəzaların 575-i (52 faizi) avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmin qəzalarda 207 nəfər ölüb, 485 nəfər xəsarət alıb.

Qeydə alınan ümumi hadisələrin 144-ü (51 ölüm, 205 xəsarət) ötmə, manevr qaydalarını pozma səbəbindən baş verib.

Videodakı görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb. Videokameraların lentə aldığı görüntülərdə taksi sürücülərinin avtoxuliqanlıq etdiyi müəyyənləşib.

Get the Flash Player to see this player.

Xəbər lenti

Xəbər lenti